Kapital Bazarları

CLS həm dövlət, həm də özəl şirkətlərə kapital bazarlarına çıxışı ilə əlaqədar məsləhətlər verir. Hüquqşünaslarımız çox sayda borc və kapital tranzaksiyalarında köməklik göstərir və məcburi açıqlama öhdəlikləri də daxil olmaqla tənzimləyici tələblərə riayət etmələrinə köməklik göstərirlər. Bundan əlavə, tənzimləyici öhdəliklərə uyğunluq barədə məcburi yoxlamalarda dəstək olmaqla yanaşı, kapital bazarları ilə əlaqəli hər hansı bir məsələdə, müştərilərimizi dövlət orqanları qarşısında təmsil edirik.

Bu sahədəki xidmətlərimizə aşağıdakılar daxildir:

  • ilkin kütləvi təkliflər və ikinci təkliflər;
  • qiymətli kağızlarla əməliyyatların strukturlaşdırılması;
  • qiymətli kağızların buraxılış sənədlərinin hazırlanması;
  • qiymətli kağızların yerləşdirilməsi və məlumatların açıqlanması tələblərinə uyğunluğun təmin edilməsi;
  • qiymətli kağızlarla tranzaksiyalarında emitent və anderrayter şirkətlərin təmsil edilməsi;
  • borc və investisiya qiymətli kağızlarının qapalı yerləşdirilməsi;
  • tranzaksiyanın qeydiyyatı da daxil olmaqla səhmlərin alqı-satqısına dəstək verilməsi;
  • məcburi tənzimləmə tələblərinə dair məsləhətlərin verilməsi.