Əqli Mülkiyyət

Korporativ, kommersiya və texnologiya hüququ məsələləri ilə bağlı əqli mülkiyyət sahəsində geniş təcrübəyə sahib olan hüquqşünaslarımız, istənilən əqli mülkiyyət məsələsində peşəkar hüquqi dəstək təmin edirlər. CLS həm yerli və xarici şirkətlərə əqli mülkiyyət hüquqlarının, o cümlədən müəllif hüquqları, əmtəə nişanlarının qeydiyyatı və qorunması, habelə lisenziyalaşdırma və françayzinq müqavilələrinin hazırlanması və nəzərdən keçirilməsi də daxil olmaqla əqli mülkiyyət hüquqlarının ötürülməsi ilə bağlı bütün sahələrdə məsləhət verir. Bundan əlavə, əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar müştəriləri müvafiq qurumlar və məhkəmələr qarşısında təmsil edirik.

Təcrübəmizə aşağıdakılar daxildir:

  • əqli mülkiyyət hüquqlarının qeydiyyatı və tanınması;
  • əqli mülkiyyət hüquqları ilə əlaqədar mübahisələrdə müştərilərin təmsil edilməsi;
  • milli və beynəlxalq məlumat bazalarında əmtəə nişanı axtarışının aparılması və qeydiyyatı, habelə əmtəə nişanı qeydiyyatlarının yenilənməsi;
  • əmtəə nişanı hüquqlarının ölkə hüdudlarından kənarda qeydiyyatı, habelə bir və ya daha çox yurisdiksiyada qeydiyyat üçün ərizələrin verilməsi və onların statusuna nəzarət edilməsi;
  • müqavilə razılaşmaları çərçivəsində əqli mülkiyyət hüquqlarının ötürülməsi ilə bağlı məsləhətlərin verilməsi.