Komandamız müştərilərinə məxfilik və təhlükəsizlik risklərini qiymətləndirmək və azaltmaq, habelə tətbiq olunan qanunlara riayət etmə məsələlərində kömək edir. Fərdi və məxfi iş məlumatlarının toplanması, istifadəsi, işlənməsi, saxlanması, açıqlanması, köçürülməsi və məhv edilməsi daxil olmaqla, müxtəlif sahələrdə müştərilərə məsləhət veririk.
Digər xidmətlərlə yanaşı xidmətlərimizə aşağıdakılar daxildir:
- işçilərin və istehlakçıların fərdi məlumatlarının toplanması və istifadəsi ilə bağlı tənzimləyici tələblər barədə məsləhətlərin verilməsi;
- fərdi məlumatların saxlanması və işlənməsi üçün lisenziyaların alınması;
- fərdi məlumatların transsərhəd ötürülməsi üzrə məsləhətlərin verilməsi;
- müvafiq dövlət orqanlarına məlumatların məcburi açıqlanması barədə məsləhətlərin verilməsi;
- məxfilik və məlumatların qorunması siyasətlərinin hazırlanması və nəzərdən keçirilməsi.