CLS Azərbaycanda məhkəmə praktikasında yüksək səviyyəli xidmətlərin göstərilməsində böyük nüfuza malikdir. Məhkəməyə qədər aparılan danışıqlar zamanı müştərilərimizə hüquqi yardım göstəririk, məsləhətlər veririk və onları Azərbaycan Respublikasının bütün məhkəmə instansiyaları qarşısında təmsil edirik. CLS müştərilərinə riskləri idarə etmək və mümkün olan hallarda mübahisələri məhkəmədən kənar qaydada həll etməkdə köməklik göstərir. Məhkəmə mübahisələri və mübahisələrin alternativ həlli yolları ilə bağlı müştərilərə məsləhət verilməsi və onların təmsil olunmasının bütün mərhələlərində CLS müştərilərin kommersiya məqsədlərinə çatmalarına kömək etmək, həmçinin optimal üsullar və effektiv həll yollarının hazırlanması üçün hər bir mübahisənin hüquq, kommersiya, tənzimləmə və nüfuz baxımından risklərini qiymətləndirir.
CLS bankçılıq və maliyyə, daşıma, qlobal hava yolları, otelçilik, sığorta və s. sahələrdə müştəriləri təmsil etməkdə böyük təcrübəyə sahib olan, Azərbaycan Vəkillər Respublikasının Kollegiyasının üzvlərini işə götürür.
Bizim məhkəmə təcrübəmizə daxildir:
- kommersiya mübahisələri;
- müqavilə mübahisələri;
- tərəfdaşlıq və səhmdar mübahisələri;
- əqli mülkiyyət mübahisələri;
- əmək mübahisələri;
- bankçılıq və maliyyə mübahisələri;
- vergi mübahisələri;
- ləğv və iflas.