Haqqımızda

CLS Azərbaycanın aparıcı hüquq firmalarından biri kimi geniş miqyasda tanınan müstəqil bir hüquq firmasıdır və hüquqi şəxslərin birləşməsi və satınalınması (M&A), antiinhisar və rəqabət, bankçılıq və maliyyə, xarici investisiya, dövlət-özəl tərəfdaşlığı, özəlləşdirmə, yenidən təşkil olunma və iflas, korporativ və kommersiya hüququ, əqli mülkiyyət və mübahisələrin həlli sahələrində yerli və xarici müştərilərə hərtərəfli hüquq və vergi xidmətləri göstərir.

Müştərilərimiz arasında qlobal investisiya və kommersiya bankları, beynəlxalq maliyyə təşkilatları, fondlar, xarici şirkətlər, dövlət şirkətləri, çoxşaxəli holdinqlər, sənaye şirkətləri, birgə müəssisələr və tanınmış yerli şirkətlər yer alır.

Enerji və təbii ehtiyatlar, bankçılıq və maliyyə, kapital bazarları və investisiyalar, sığorta, daşınmaz əmlak və tikinti, telekommunikasiya, aqrobiznes, dəniz hüququ və daşıma, özəl kapital, vençur kapitalı və startap və.s daxil olmaqla iqtisadiyyatın və biznesin müxtəlif sektorlarında xidmət göstəririk.

Xidmətlərimiz həm peşəkar, həm də fərdi xarakter daşıyır. Müştərilərimizə dəqiq, etibarlı, davamlı və yüksək keyfiyyətli hüquqi məsləhətlər veririk. Müştəri yönümlü yanaşmamız və yüksək etik standartlarımız, mövcud müştərilərin və digər mütəxəssislərin tövsiyələri ilə edilən müraciətlər ilə nəticələnir.

Müştərilərimiz istənilən növ çətinliklərin öhdəsindən gəlmə və riskləri idarəetmə bacarığımıza görə ən vacib tranzaksiyalarını, mübahisələrinin həllini və layihələrini bizə etibar edirlər. Tərəfdaşınız olan yerli hüquq firması olmaqdan və layihənizdə sizə kömək etməkdən məmnun qalacağıq.

Bütün hüquqşünaslarımız və məsləhətçilərimiz həm yerli, həm də beynəlxalq səviyyədə olan ixtisaslı peşəkarlardır. Hüquqşünaslarımız Oksford Universiteti, Kembric Universiteti, Kolumbia Universiteti, London İqtisadiyyat Məktəbi, Lozanna Universiteti, Gent Universiteti kimi dünyaca tanınmış aparıcı təhsil müəssisələrinin məzunlarıdır.

Transsərhəd tranzaksiyalar ilə məşğul olan aparıcı bir konsaltinq şirkəti olaraq bir sıra qabaqcıl regional və beynəlxalq hüquq və konsaltinq firmaları ilə sıx əlaqələr quraraq əməkdaşlıq edirik və “Magic Circle” və “City” qrupuna daxil olan bəzi hüquq firmalarının üstünlük verdiyi Azərbaycanın hüquq məsləhətçisiyik.

Bizim Missiyamız

Bizim Konsepsiyamız

Bizim Əsas Dəyərlərimiz

Əsas dəyərlərimiz kim olduğumuzu və necə iş görməyimizi müəyyən etdiyinə görə bizim üçün vacibdir.

MÜŞTƏRİ YÖNÜMLÜ YANAŞMA

Müştərilərimizin tələblərini, problemlərini, hədəflərini anlamaq və müştərilərimiz üçün xidmətlərimizin dəyərini maksimum dərəcədə artırmaq, həmçinin onların məlumatlarının təhlükəsizliyi və məxfiliyini qorumaq əsas prioritetlərimizdəndir. Müştərilərlə etibarlı münasibətlər qurmağa vaxt sərf edirik və müvafiq bacarıq və təcrübəyə malik hüquq mütəxəssislərimizə çıxış təmin edirik.

MÜKƏMMƏLLİK

Komandamız müştərilərin işlərini səmərəli və həll yönümlü, ən yüksək keyfiyyət və peşəkarlıqla təqdim edir. Müştərilərimizin ən yüksək gözləntilərini qarşılamaq və üstələmək və gördüyümüz hər işdə ən yüksək nəticələr əldə etmək üçün daim inkişaf etməyə çalışırıq.

ETİK DAVRANIŞ

CLS hər zaman ən yüksək etik və peşəkar standartları müəyyənləşdirir. Fəaliyyətlərimizdə dürüst, etibarlı, hörmətli və etik davranırıq. Öhdəliklərimizi yerinə yetiririk və fəaliyyətimizə də cavabdehlik daşıyırıq.

ƏMƏKDAŞLAR

Müştərilərimizə keyfiyyətli xidmət göstərmək və maksimum faydalı olmaq üçün mürəkkəb problemləri həll etməyə çalışan və onların öhdəsindən gələn mütəxəssisləri cəlb edirik. İşçilərimizə dəyər verir və fərdi inkişaf və peşə artımını təşviq edən bir mühit yaradırıq.