Firmanın bank xidmətləri üzrə komandası xarici banklara, digər maliyyə qurumlarına və yerli şirkətlərə Azərbaycan iqtisadiyyatının əsas sahələri üzrə, o cümlədən bankçılıq və maliyyə, neft və qaz, tikinti və digər sektorlarda dəyəri yüz milyonlarla ölçülən daxili və beynəlxalq maliyyə tranzaksiyaları ilə əlaqədar məsləhətlər verir. Komandanın “underwritten deals”, “best effort deals” və “club deals” müqavilələri daxil olmaqla təminatlı və təminatsız ikitərəfli və sindikatlaşdırılmış borclar ilə əlaqədar Azərbaycan qanunvericiliyi üzrə məsləhətçi kimi həm maliyyələşdirən tərəfləri, həm də borcluları təmsil etməkdə böyük təcrübəsi vardır. Borcların restruktirizasiyası ilə əlaqədar yerli şirkətlərə və beynəlxalq maliyyə təşkilatlarına da məsləhətlər vermişik.
- Üzeyir Hacıbəyli küçəsi 62, Bakı, Azərbaycan, AZ 1010
- [email protected]
- +994 12 5990558