Əmək və Miqrasiya

CLS mübahisəli və mübahisəsiz işlər daxil olmaqla əmək məsələlərinin bütün aspektləri üzrə göstərilən xidmətlərinə görə yüksək qiymətləndirilir. Hüquqşünaslarımız əmək və miqrasiya qanunvericiliyi məsələlərinin həlli ilə bağlı geniş biliklərə və uzunmüddətli təcrübəyə malikdirlər ki, bu da müştərilərin əmək məsələləri üzrə müraciətlərini hərtərəfli cavablandırmağa imkan verir. Müştərilərə yerli tələblərə uyğunlaşmadan insan resursları üzrə gündəlik xidmətlərə qədər müxtəlif məsələlərin öhdəsindən gəlməyə yardım edirik.

Müştərilərimizə əmək qanunvericiliyinin tələbləri, insan resursları ilə əlaqəli bütün sənədlərin hazırlanması, dövlət orqanları tərəfindən yoxlama zamanı dəstək göstərilməsi, müştərinin dövlət orqanları və məhkəmələr qarşısında təmsil olunması daxil olmaqla, əmək hüququ ilə əlaqəli bütün məsələlər üzrə mütəxəssis məsləhətləri veririk. Miqrasiya xidmətlərinin bir hissəsi olaraq, iş, müvəqqəti və daimi yaşama icazələrinin alınmasında məsləhət verir, viza müraciəti proseduru zamanı köməklik edirik.

Bu istiqamətdəki xidmətlərimizə daxildir:

  • əmək və miqrasiya qanunlarının məcburi tələblərinə dair məsləhətlərin verilməsi ;
  • əmək fəaliyyəti ilə əlaqəli sənədlərin hazırlanması (məsələn, əmək müqavilələri, əmək müqavilələrinə edilən dəyişiklik, əmək müqavilələrin xitamı, daxili ərizələr və əmrlər);
  • yaşama və iş icazələrinin alınması;
  • işçilərin iş vaxtının və iş vaxtından artıq işinin qeydiyyatının aparılması;
  • işçilər üçün məzuniyyət balansının hesablanması və qeydə alınması;
  • insan resursları ilə bağlı siyasətlərin hazırlanması;
  • əmək hüququ sahəsində hüquqi ekspertizanın aparılması;
  • işçilərin ixtisarı, mülkiyyət dəyişikliyi, işdən azad edilməsi və digər prosedurlar zamanı dəstək verilməsi;
  • nəzarət orqanlarının yoxlamaları zamanı müştərilərin maraqlarının müdafiə edilməsi;
  • əmək münasibətləri ilə bağlı mübahisələrin həllində müştərilərin maraqlarının müdafiə edilməsi.