Vergi

CLS həm hüquqi, həm də vergi konsaltinqində bazar biliyinə və təcrübəsinə malikdir. Kommersiya vergitutması üzrə bütün sahələrdə işləyirik və həm yerli qanunvericiliklə həm də Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində geniş bir sahəni əhatə edən tranzaksiyalar ilə bağlı məsləhətlər veririk. Vergi ilə əlaqəli mübahisələrin həllində də təcrübəmiz var. Aşağıdakılar daxil olmaqla, müştərilərimizə biznes konsaltinq xidmətləri, habelə vergi qanunu, vergi praktikaları və prosedurları ilə bağlı bütün məsələlər üzrə mütəxəssis məsləhətlərini təqdim edirik:

  • yenidən təşkil layihələri ilə yanaşı hüquqi şəxslərin birləşməsi və satınalınması (M&A) tranzaksiyaları üçün vergi planlaşdırılması və strukturlaşdırılması məsələləri;
  • maliyyələşdirmə tranzaksiyalarının vergi qiymətləndirilməsi;
  • kommersiya, maliyyə müqavilələri ilə əlaqədar vergi riskinin müəyyənləşdirilməsi;
  • vergi orqanları tərəfindən irəli sürülən iddialar və verginin geri qaytarılması ilə əlaqədar mübahisələrin həlli və məhkəmə işləri;
  • vergi orqanlarından gələn müraciətlərə cavabların hazırlanması;
  • transfer qiymət risklərinin təhlili;
  • Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində vergi məsləhətləri;
  • hüquqi şəxslərin ləğvi ilə əlaqədar vergi yardımı;
  • əmək haqqı xidmətləri;
  • vergi qanunvericiliyinə uyğunluq;
  • mühasibat xidmətləri.