Korporativ

CLS-in korporativ təcrübəsi firmanın əsas xidmətlərindən biridir. Hər sektorda bir sıra yerli və xarici müştərilərə geniş miqyaslı korporativ məsələlər üzrə məsləhət xidmətlərini təqdim edirik. Müştərilərimizi iş fəaliyyətlərinin bütün mərhələlərində və korporativ məsələlərlə əlaqəli tranzaksiyalarda müşayiət etmək üçün onlarla sıx əməkdaşlıq edirik. Müştərilərin milli qanunvericiliyə və onlara tətbiq olunan bütün tənzimləyici tələblərə riayət etməsini təmin edirik.

CLS hüquqşünasları aşağıdakılar da daxil olmaqla, korporativ məsələlərdə hərtərəfli hüquqi dəstək üzrə ixtisaslaşırlar:

  • hüquqi şəxslərin birləşməsi və satınalınması (M&A);
  • hüquqi şəxslərin yaradılması və ləğvi;
  • korporativ dəyişikliklərin qeydiyyata alınması;
  • birgə müəssisələrin yaradılması;
  • korporativ yenidən təşkil olunma;
  • səhmdar məsələləri üzrə məsləhətlərin verilməsi;
  • korporativ idarəetmə;
  • korporativ katiblik.