- Üzeyir Hacıbəyli küçəsi 62, Bakı, Azərbaycan, AZ 1010
- [email protected]
- +994 12 5990558
Biz müştərilərimizə etibarlı hüquqi məsləhət verən və onları təmsil edən hüquq peşəkarlarıyıq.
Azər Capital Legal Services-də İdarəedici Partnyordur. Azərbaycan Vəkillər Kollegiyasına qəbul edilmiş və korporativ hüquq, hüquqi şəxslərin birləşməsi və satınalınması (M&A), eləcə də bank və maliyyə praktikasında ixtisaslaşmış təcrübəli hüquqşünasdır. Azər neft və qaz, bankçılıq və maliyyə, istehsal, istehlak bazarları və ümumi sənaye daxil olmaqla müxtəlif sektorlarda daxili və beynəlxalq maliyyə tranzaksiyaları, ölkədaxili və transsərhəd hüquqi şəxslərin birləşməsi və satınalınması (M&A), birgə müəssisələrin yaradılması və restruktirizasiyası, dövlət özəl tərəfdaşlığı (PPP) üzrə 10 ildən çox təcrübəyə malikdir.
CLS-də işə başlamazdan əvvəl Azər Bakıdakı böyük dördlük firmalarının hüquq deprtamentlərində hüquqi şəxslərin birləşməsi və satınalınması (M&A), müqavilə hüququ, korporativ hüquq, anti-inhisarçılıq hüququ, valyuta tənzimləmələri sahələrində hüquqi yardım göstərərək çalışmışdır. Bundan əlavə, o, əsasən vergi ilə əlaqəli məsələlərlə məşğul olaraq aparıcı yerli hüquq firmalardan birində çalışmışdır.
Dillər:
Təhsil:
Tamara geniş miqyaslı hüquq sahələrində 3 ildən çox təcrübəyə sahib olan Capital Legal Services-in hüquq məsləhətçisidir. Korporativ və kommersiya hüququ, müqavilələr, korporativ maliyyələşmə, kapital bazarları, əmək və miqrasiya hüququ üzrə ixtisaslaşmışdır. Tamara həm yerli, həm də xarici müştərilərə birgə müəssisələrin yaradılması, hüquqi ekspertizaların keçirilməsi və tranzaksiya sənədlərinin hazırlanması da daxil olmaqla bir çox korporativ məsələlərdə məsləhətlər verir. Bununla yanaşı, yerli şirkətlərə, xarici banklara və beynəlxalq maliyyə təşkilatlarına məsləhət verdiyi korporativ maliyyələşdirmə və qiymətli kağızlar bazarında böyük təcrübəyə malikdir.
Dillər:
Təhsil:
8 ildən artıq peşəkar təcrübəyə sahib olan Turqay Capital Legal Services-də baş hüquq məsləhətçisidir. O, Azərbaycan Vəkillər Kollegiyasına qəbul olunmuş ixtisaslı vəkil olmaqla yanaşı, bank sektorunda da böyük təcrübəyə malikdir. Turqay, əsasən korporativ hüquq, müqavilə hüququ, məhkəmə çəkişmələri və mübahisələrin həlli üzrə ixtisaslaşmışdır. CLS-də işə başlamazdan əvvəl Azərbaycanın böyük banklarında müxtəlif vəzifələrdə çalışmışdır. Həm yerli, həm də xarici müştərilərə bir çox korporativ məsələlərdə məsləhətlər verir və müştəriləri bütün instansiya məhkəmələrində təmsil edir.
Dillər:
Təhsil:
Məhəmməd 8 ildən artıq təcrübəsi olan Capital Legal Services-də hüquq məsləhətçisidir. Azərbaycan Vəkillər Kollegiyasına qəbul olunmuş ixtisaslı vəkildir və bank sektorunda böyük təcrübəyə malikdir. Məhəmməd, əsasən məhkəmə çəkişmələri və mübahisələrin həlli, habelə müqavilələr, əmək və miqrasiya hüququ üzrə ixtisaslaşmışdır. CLS-də işə başlamazdan əvvəl Azərbaycanın böyük banklarında müxtəlif vəzifələrində çalışmışdır. Bütün instansiya məhkəmələrində müştəriləri təmsil edir və hər növ məhkəmə sənədlərinin hazırlanması ilə bağlı hüquq xidmət göstərir və məhkəmə qərarlarının icrasına yardım edir.
Dillər:
Təhsil:
Rüstəm Capital Legal Services-də baş vergi məsləhətçisidir. Konsaltinq şirkətlərində və digər böyük yerli şirkətlərdə 15 ildən artıq təcrübəsi olan peşəkar bir vergi mütəxəssisidir. Karyerası ərzində Rüstəm neft və qaz, pərakəndə satış, istehsal, alıcılıq qabiliyyəti yüksək olan ərzaqlar (FMCG) kimi müxtəlif sahələrdə çalışmışdır. Rüstəm həm yerli, həm də beynəlxalq müştərilərə tranzaksiyalar üzrə dəstək və vergi uyğunluğu məsələlərində yardım edilməsi daxil olmaqla, geniş vergi məsələlərində məsləhət verməkdə böyük təcrübəyə malikdir.
CLS-də işə başlamazdan əvvəl böyük dördlük firmasında və aparıcı yerli vergi və mühasibat firmalarından birində rəhbər vəzifələrdə çalışmışdır.
Dillər:
Təhsil:
Nərgiz Capital Legal Services-də Kiçik Vergi Məsləhətçisidir. Borc və debitor borcları üzərində iş daxil olmaqla mühasibat xidmətləri göstərir. Nərgizin təcrübəsi müştərilər üçün əmək haqqı xidmətləri və qanuna uyğun olaraq vergi bəyannamələrinin və hesabatlarının verilməsinə kömək etməyi əhatə edir.
Bundan əlavə, Nərgiz vergi orqanlarının tələbləri ilə əlaqədar müştərilərə məsləhət verir, eyni zamanda vergi orqanlarında və banklarda müştəriləri təmsil edir.
Dillər:
Aytac CLS-də Kiçik Vergi Məsləhətçisidir. O, aylıq vergi və mühasibat hesabatlarının hazırlanması, əmək haqqının və əmək haqqı vergilərinin hesablanması, debitor və kreditor borclarının yoxlanılması və aparılması daxil olmaqla gündəlik maliyyə və mühasibat xidmətləri göstərir.
Aytac-ın öhdəlikləri hesabların hazırlanması, büdcənin tərtib edilməsi, maliyyə məlumatlarının idarə edilməsi, vergi ödənişlərinin və bəyannamələrin aktual və dəqiq işlənməsidir. O, həmçinin vergi orqanlarının müraciətləri ilə bağlı müştərilərə məsləhət və köməklik göstərir.
Dillər:
Təhsil: