Məlumatların Qorunması və Məxfilik

Komandamız müştərilərinə məxfilik və təhlükəsizlik risklərini qiymətləndirmək və azaltmaq, habelə tətbiq olunan qanunlara riayət etmə məsələlərində kömək edir. Fərdi və məxfi iş məlumatlarının toplanması, istifadəsi, işlənməsi, saxlanması, açıqlanması, köçürülməsi və məhv edilməsi daxil olmaqla, müxtəlif sahələrdə müştərilərə məsləhət veririk. Digər xidmətlərlə yanaşı xidmətlərimizə aşağıdakılar daxildir: işçilərin və istehlakçıların fərdi məlumatlarının toplanması və istifadəsi ilə bağlı […]

Tam Hüquqi Autsorsinq

İşinizin funksional və qanuna uyğun olmasını təmin etmək üçün peşəkar hüquqi dəstək lazımdır. Bəzi müəssisələr yalnız problemlər yarandıqda hüquqi məsləhət axtararkən, sizə lazım olan bütün hüquqi dəstəyi daima təmin edəcək ixtisaslı hüquqşünasların olması daha səmərəli olardı. Buna baxmayaraq, təmin etdiyiniz məhsulu və ya xidməti inkişaf etdirməyi, həm də xərcləri azaltmağı daha çox istəyə bilərsiniz. Bu […]

Əqli Mülkiyyət

Korporativ, kommersiya və texnologiya hüququ məsələləri ilə bağlı əqli mülkiyyət sahəsində geniş təcrübəyə sahib olan hüquqşünaslarımız, istənilən əqli mülkiyyət məsələsində peşəkar hüquqi dəstək təmin edirlər. CLS həm yerli və xarici şirkətlərə əqli mülkiyyət hüquqlarının, o cümlədən müəllif hüquqları, əmtəə nişanlarının qeydiyyatı və qorunması, habelə lisenziyalaşdırma və françayzinq müqavilələrinin hazırlanması və nəzərdən keçirilməsi də daxil olmaqla […]

Mübahisələrin Həlli və Məhkəmə Çəkişməsi

CLS Azərbaycanda məhkəmə praktikasında yüksək səviyyəli xidmətlərin göstərilməsində böyük nüfuza malikdir. Məhkəməyə qədər aparılan danışıqlar zamanı müştərilərimizə hüquqi yardım göstəririk, məsləhətlər veririk və onları Azərbaycan Respublikasının bütün məhkəmə instansiyaları qarşısında təmsil edirik. CLS müştərilərinə riskləri idarə etmək və mümkün olan hallarda mübahisələri məhkəmədən kənar qaydada həll etməkdə köməklik göstərir. Məhkəmə mübahisələri və mübahisələrin alternativ həlli […]

Vergi

CLS həm hüquqi, həm də vergi konsaltinqində bazar biliyinə və təcrübəsinə malikdir. Kommersiya vergitutması üzrə bütün sahələrdə işləyirik və həm yerli qanunvericiliklə həm də Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində geniş bir sahəni əhatə edən tranzaksiyalar ilə bağlı məsləhətlər veririk. Vergi ilə əlaqəli mübahisələrin həllində də təcrübəmiz var. Aşağıdakılar daxil olmaqla, müştərilərimizə biznes konsaltinq xidmətləri, habelə […]

Əmək və Miqrasiya

CLS mübahisəli və mübahisəsiz işlər daxil olmaqla əmək məsələlərinin bütün aspektləri üzrə göstərilən xidmətlərinə görə yüksək qiymətləndirilir. Hüquqşünaslarımız əmək və miqrasiya qanunvericiliyi məsələlərinin həlli ilə bağlı geniş biliklərə və uzunmüddətli təcrübəyə malikdirlər ki, bu da müştərilərin əmək məsələləri üzrə müraciətlərini hərtərəfli cavablandırmağa imkan verir. Müştərilərə yerli tələblərə uyğunlaşmadan insan resursları üzrə gündəlik xidmətlərə qədər müxtəlif […]

Yenidən Təşkil və İflas

Komandamız, yenidən təşkil, iflas və müflisləşmə prosedurları, şirkətlərin ləğvi ilə bağlı bütün tranzaksiya sənədlərinin hazırlanması, müvafiq qurumlarda qeydiyyat məsələləri və məhkəmələrdə təmsilçilik daxil olmaqla tam hüquqi dəstəyi təmin edir. Müflisləşmə prosesi zamanı hüquqşünaslarımız həm yerli, həm də beynəlxalq borclular və kreditorlara məsləhət verir.

Müqavilə Hüququ

Hüquqşünaslarımız müştərilərə geniş miqyaslı kommersiya və korporativ tranzaksiyalarda dəstək olur. Hər cür kommersiya müqavilələrinin, niyyət məktublarının, anlaşma memorandumlarının hazırlanması və potensial risklərin müəyyənləşdirilməsi üçün qarşı tərəfin müqavilə layihələrinin nəzərdən keçirilməsi ilə bağlı xidmətlər təqdim edirik. Komandamız, həmçinin müqavilədən qabaq mərhələdə hüquqi dəstəyi təmin edir, müştəriyə müqavilələrin ilkin şərtlərinin danışıqlarında və mübahisələrin məhkəməyə qədər həllində kömək […]

Korporativ

CLS-in korporativ təcrübəsi firmanın əsas xidmətlərindən biridir. Hər sektorda bir sıra yerli və xarici müştərilərə geniş miqyaslı korporativ məsələlər üzrə məsləhət xidmətlərini təqdim edirik. Müştərilərimizi iş fəaliyyətlərinin bütün mərhələlərində və korporativ məsələlərlə əlaqəli tranzaksiyalarda müşayiət etmək üçün onlarla sıx əməkdaşlıq edirik. Müştərilərin milli qanunvericiliyə və onlara tətbiq olunan bütün tənzimləyici tələblərə riayət etməsini təmin edirik. […]

Kapital Bazarları

CLS həm dövlət, həm də özəl şirkətlərə kapital bazarlarına çıxışı ilə əlaqədar məsləhətlər verir. Hüquqşünaslarımız çox sayda borc və kapital tranzaksiyalarında köməklik göstərir və məcburi açıqlama öhdəlikləri də daxil olmaqla tənzimləyici tələblərə riayət etmələrinə köməklik göstərirlər. Bundan əlavə, tənzimləyici öhdəliklərə uyğunluq barədə məcburi yoxlamalarda dəstək olmaqla yanaşı, kapital bazarları ilə əlaqəli hər hansı bir məsələdə, […]