İstehlakçı Bazarları

Təchizat şəbəkəsi, distribusiya, istehsal və logistika daxil olmaqla bir sıra istehlak sahələrində müştərilərə məsləhət veririk. Hüquqşünaslarımız yerli istehsalçılara və beynəlxalq şirkətlərin distribütorlarına və dilerlərinə müxtəlif biznes və kommersiya hüququ üzrə məsləhətlər verirlər. Bu sektordakı müştərilərimizə aşağıdakılar daxil olmaqla, işləri, kommersiya əlaqələri, həmçinin qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı dəstək veririk: françayzinq və lisenziyalaşdırma müqavilələri; distribusiya, […]

Maliyyə İnstitutları

Firmanın bank xidmətləri üzrə komandası, yerli və beynəlxalq banklara və maliyyə təşkilatlarına, eləcə də yerli şirkətlərə neft və qaz, tikinti, bankçılıq və maliyyə kimi müxtəlif sahələrdə daxili və beynəlxalq maliyyə tranzaksiyaları üzrə məsləhətlər verir. Hüquqşünaslarımız dünyanın bir sıra tanınmış bankları və beynəlxalq maliyyə təşkilatları üçün müxtəlif bank və maliyyə məsələləri, transsərhəd maliyyələşmə tranzaksiyaları barədə məsləhətlər […]

Səhiyyə

Komandamız fəaliyyətinin hər mərhələsində innovativ səhiyyə müəssisələrinə hərtərəfli hüquqi məsləhət verir. Bu sahədəki CLS məsləhət xidmətləri korporativ məsələləri, daşınmaz əmlak məsələlərini, kommersiya tranzaksiyaları (lisenziyalaşdırma və tərəfdaşlıq daxil olmaqla), əqli mülkiyyət, mübahisələrin həlli, əmək və miqrasiya məsələlərini əhatə edir. Hüquqşünaslarımız fərdi məlumatların toplanması üzrə qanunvericiliyin tələblərinə riayət edilməsi ilə bağlı məsləhətlərin verilməsi və lisenziyaların alınmasında dəstək […]

Aviasiya

Hüquqşünaslarımız aviasiya sektorunda fəaliyyət göstərən müştərilərə məsləhət verməkdə geniş təcrübəyə malikdirlər. Hüquq mütəxəssislərimizin beynəlxalq təcrübəsi həm gündəlik məsələlərdə, həm də sektora birbaşa təsir göstərən qlobal COVID-19 pandemiyası kimi görünməmiş vəziyyətdə dünyanın ən yaxşı hava yollarınıa dəstək göstərir. Bu sahədəki xidmətlərimizə aşağıdakılar daxildir: tərəfdaşlıq müqavilələri, icarə və xidmət müqavilələri, alqı-satqı və məxfilik müqavilələri daxil olmaqla, müxtəlif […]

Nəqliyyat Sənayesi

Nəqliyyat sənayesi iqtisadiyyatın ən inkişaf edən və önəmli sahələrindən biridir. Bunun nəticəsi olaraq bu bazarda peşəkar hüquq mütəxəssisləri tələb edən daim təkminləşən qanuni və tənzimləyici tələblər mövcuddur. CLS-in bu sahədə uzun illər təcrübəsi olan istedadlı komandası sənayedə müştərilərə praktiki və nəticəyə yönümlu məsləhətlər verir. Bu sektorda əhəmiyyətli layihələrdə iştirak etmiş, dövlət şirkətləri də daxil olmaqla […]

Otelçilik

CLS mütəxəssisləri otelçilik sahəsi üzrə mülkiyyətçilərə, developerlərə, menecerlara məsləhət verməkdə geniş təcrübəyə malikdirlər. Xidmətlərimiz, müqavilələr, əmək, miqrasiya, ətraf mühit və kommersiya məsələləri və məhkəmə işləri daxil olmaqla otellərin iş fəaliyyəti ilə əlaqədar yarana biləcək bütün hüquqi məsələləri əhatə edir. Mütəxəssislərimiz dünyanın ən böyük və prestijli otel şəbəkələrinə məsləhət vermək təcrübəsinə sahibdirlər. Müştərilərə mülkiyyət, idarəetmə, istismar […]

Daşınmaz Əmlak və Tikinti

CLS müştərilərinə daşınmaz əmlak və tikinti məsələləri ilə bağlı sorğuları barədə məsləhət verməkdə geniş təcrübəyə malikdir. Daşınmaz əmlak və tikinti fəaliyyəti tranzaksiyalarının bütün növləri və mərhələləri üzrə sənədləşmə, danışıqların aparılması, daşınmaz əmlakın alqı-satqısı, icazə və lisenziyaların alınması və mübahisələrin həlli ilə bağlı müştərilərə məsləhət verən təcrübəli heyətimiz var. Müştəri bazamıza developerlər, milli və beynəlxalq investorlar, […]

Neft və Qaz və Təbii Sərvətlər

Komandamız həm milli qanunvericilik, həm də Hasilatın Pay Bölgüsü Sazişləri və tranzit ərazisinə malik ölkənin hökuməti ilə sazişlər çərçivəsində yerli və beynəlxalq müştərilərə mütəmadi olaraq korporativ, kommersiya və məhkəmə məsələləri ilə bağlı məsləhətlər verir. Müştərilərimiz arasında Azərbaycanın və xarici dövlətlərin nüfuzlu neft və qaz şirkətləri, aparıcı mühəndislik və tikinti şirkətləri vardır. Biz, həmçinin Hasilatın Pay […]