Otelçilik

CLS mütəxəssisləri otelçilik sahəsi üzrə mülkiyyətçilərə, developerlərə, menecerlara məsləhət verməkdə geniş təcrübəyə malikdirlər. Xidmətlərimiz, müqavilələr, əmək, miqrasiya, ətraf mühit və kommersiya məsələləri və məhkəmə işləri daxil olmaqla otellərin iş fəaliyyəti ilə əlaqədar yarana biləcək bütün hüquqi məsələləri əhatə edir.

Mütəxəssislərimiz dünyanın ən böyük və prestijli otel şəbəkələrinə məsləhət vermək təcrübəsinə sahibdirlər. Müştərilərə mülkiyyət, idarəetmə, istismar və inkişafın bütün aspektləri üzrə geniş xidmətlər təklif edirik:

  • korporativ qiymət, icarə, xidmətlər, alqı-satqı və françayzinq müqavilələri daxil olmaqla müxtəlif növ müqavilələrin hazırlanması və nəzərdən keçirilməsi;
  • korporativ məsələlər ilə bağlı dəstək;
  • reklam qanunvericiliyi tələbləri üzrə dəstək;
  • SƏTƏM siyasəti və prosedurları üzrə dəstək;
  • tələb olunan icazə və lisenziyaların alınmasına köməklik göstərilməsi;
  • miqrasiya məsələlərində yardım (əcnəbilər üçün iş və yaşama icazələrinin alınması, viza məsələlərində dəstək);
  • mübahisələrin həlli və məhkəmə çəkişmələri;
  • vergi ilə bağlı məsələlərdə məsləhətlərin verilməsi;
  • insan resursları ilə əlaqəli bütün məsələlər üzrə məsləhətlərin verilməsi;
  • tam hüquqi autsorsinq.