Komandamız həm milli qanunvericilik, həm də Hasilatın Pay Bölgüsü Sazişləri və tranzit ərazisinə malik ölkənin hökuməti ilə sazişlər çərçivəsində yerli və beynəlxalq müştərilərə mütəmadi olaraq korporativ, kommersiya və məhkəmə məsələləri ilə bağlı məsləhətlər verir. Müştərilərimiz arasında Azərbaycanın və xarici dövlətlərin nüfuzlu neft və qaz şirkətləri, aparıcı mühəndislik və tikinti şirkətləri vardır. Biz, həmçinin Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində iştirak payının ötürülməsi ilə bağlı beynəlxalq neft şirkətinə həm tənzimləyici tələblər həm də Azərbaycanda fəaliyyət göstərən şirkətin tam hüquqi ekspertizasının keçirilməsi ilə bağlı xidmət göstərmişik.
Bu sahə daxilində aşağıdakı məsələlərlə bağlı köməklik göstəririk:
- Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində fəaliyyət göstərən paylarını satan neft və qaz subpodratçı şirkətin tam hüquqi ekspertizasının keçirilməsi;
- Hasilatın Pay Bölgüsü Sazişi və Birgə Əməliyyat Müqaviləsindəki payın ötürülməsi ilə əlaqədar podratçıya məsləhət verilməsi, o cümlədən tam hüquqi ekspertizanın keçirilməsi;
- təsis sənədlərinin hazırlanması, qeydiyyat məsələlərində dəstək, həmçinin startap prosesi zamanı ümumi hüquqi dəstək (müqavilələr, miqrasiya, əmək məsələləri və s.) daxil olmaqla birgə müəssisə layihələri ilə əlaqəli bir neçə beynəlxalq və yerli şirkətlərə məsləhətlərin verilməsi;
- hasilat və nəqletmə fəaliyyəti ilə əlaqədar milli qanunvericilik, Hasilatın Pay Bölgüsü Sazişləri və tranzit ərazisinə malik ölkənin hökuməti ilə sazişlər üzrə məcburi tələblər barədə ümumi məsləhətlərin verilməsi;
- əmək (əmək fəaliyyəti ilə bağlı mübahisələr daxil olmaqla) və miqrasiya, həmçinin vergi və gömrük məsələləri barədə ümumi məsləhətlərin verilməsi;
- lisenziyaların alınması ilə bağlı köməkliyin göstərilməsi.