Nəqliyyat Sənayesi

Nəqliyyat sənayesi iqtisadiyyatın ən inkişaf edən və önəmli sahələrindən biridir. Bunun nəticəsi olaraq bu bazarda peşəkar hüquq mütəxəssisləri tələb edən daim təkminləşən qanuni və tənzimləyici tələblər mövcuddur. CLS-in bu sahədə uzun illər təcrübəsi olan istedadlı komandası sənayedə müştərilərə praktiki və nəticəyə yönümlu məsləhətlər verir. Bu sektorda əhəmiyyətli layihələrdə iştirak etmiş, dövlət şirkətləri də daxil olmaqla bir neçə yüksək səviyyəli müştəriyə məsləhətlər vermişik.

Göstərdiyimiz xidmətlərin siyahısına daxildir:

  • transsərhəd daşımalar, malların göndərilməsi və saxlanması da daxil olmaqla müxtəlif kommersiya müqavilələrinin razılaşdırılması, tərtib edilməsi və nəzərdən keçirilməsi;
  • tam hüquqi ekspertizanın keçirilməsi və yenidən təşkil ilə bağlı məsləhətlərin verilməsi;
  • mübahisələrin həlli və məhkəmə çəkişmələri;
  • tam hüquqi autsorsinq.