Firmanın bank xidmətləri üzrə komandası, yerli və beynəlxalq banklara və maliyyə təşkilatlarına, eləcə də yerli şirkətlərə neft və qaz, tikinti, bankçılıq və maliyyə kimi müxtəlif sahələrdə daxili və beynəlxalq maliyyə tranzaksiyaları üzrə məsləhətlər verir. Hüquqşünaslarımız dünyanın bir sıra tanınmış bankları və beynəlxalq maliyyə təşkilatları üçün müxtəlif bank və maliyyə məsələləri, transsərhəd maliyyələşmə tranzaksiyaları barədə məsləhətlər verirlər. Bundan başqa, xarici banklardan və beynəlxalq maliyyə təşkilatlarından kreditlərin alınması və restruktirizasiya olunması ilə əlaqədar olaraq yerli şirkətləri də təmsil etmişik.
- Üzeyir Hacıbəyli küçəsi 62, Bakı, Azərbaycan, AZ 1010
- [email protected]
- +994 12 5990558