Təchizat şəbəkəsi, distribusiya, istehsal və logistika daxil olmaqla bir sıra istehlak sahələrində müştərilərə məsləhət veririk. Hüquqşünaslarımız yerli istehsalçılara və beynəlxalq şirkətlərin distribütorlarına və dilerlərinə müxtəlif biznes və kommersiya hüququ üzrə məsləhətlər verirlər. Bu sektordakı müştərilərimizə aşağıdakılar daxil olmaqla, işləri, kommersiya əlaqələri, həmçinin qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı dəstək veririk:
- françayzinq və lisenziyalaşdırma müqavilələri;
- distribusiya, agentlik, daşıma, alqı-satqı, məxfilik və digər müqavilələrin hazırlanması;
- əmtəə nişanları və digər əqli mülkiyyət hüquqları üzrə dəstək;
- reklam, marketinq, məhsul etiketlənməsi üzrə qanunvericilik tələblərinə riayət olunması;
- əmək və miqrasiya;
- fərdi məlumatların qorunması, eləcə də antiinhisarçılıq məsələləri;
- mübahisələrin həlli və məhkəmə çəkişmələri və;
- vergi ilə bağlı məsələlərdə məsləhətlərin verilməsi.