CLS müştərilərinə daşınmaz əmlak və tikinti məsələləri ilə bağlı sorğuları barədə məsləhət verməkdə geniş təcrübəyə malikdir. Daşınmaz əmlak və tikinti fəaliyyəti tranzaksiyalarının bütün növləri və mərhələləri üzrə sənədləşmə, danışıqların aparılması, daşınmaz əmlakın alqı-satqısı, icazə və lisenziyaların alınması və mübahisələrin həlli ilə bağlı müştərilərə məsləhət verən təcrübəli heyətimiz var. Müştəri bazamıza developerlər, milli və beynəlxalq investorlar, tikinti şirkətləri, beynəlxalq otel zənciri, sement istehsal edən şirkət daxildir. Biz, həmçinin dövlət-özəl tərəfdaşlığı (PPP) çərçivəsində alternativ və bərpa olunan enerji obyektlərinin inşa edilməsi layihəsi üzrə beynəlxalq tikinti şirkətinə məsləhət vermişik.
Bu xətt çərçivəsindəki xidmətlərimizə aşağıdakılar daxildir:
- alqı-satqı müqaviləsinin və öhdəliklərin təmin edilməsi üzrə müqavilələrin hazırlanması;
- torpaq sahələrinin icarəsi daxil olmaqla icarə müqavilələrinin hazırlanması;
- “açar təslim edilməsi” müqavilələri daxil olmaqla, tikinti müqavilələrinin hazırlanması;
- daşınmaz əmlak üzrə mülkiyyət hüququnun olub-olmaması üzrə ekspertizaların keçirilməsi;
- tik-idarə et-təhvil ver (BOT) daxil olmaqla dövlət-özəl tərəfdaşlığı (PPP) ilə əlaqəli məsələlərdə qanunvericilik tələbləri üzrə məsləhətlərin verilməsi;
- birbaşa xarici investisiyaların yerləşdirilməsi və qorunması barədə məsləhətlərin verilməsi.