Aviasiya

Hüquqşünaslarımız aviasiya sektorunda fəaliyyət göstərən müştərilərə məsləhət verməkdə geniş təcrübəyə malikdirlər. Hüquq mütəxəssislərimizin beynəlxalq təcrübəsi həm gündəlik məsələlərdə, həm də sektora birbaşa təsir göstərən qlobal COVID-19 pandemiyası kimi görünməmiş vəziyyətdə dünyanın ən yaxşı hava yollarınıa dəstək göstərir.

Bu sahədəki xidmətlərimizə aşağıdakılar daxildir:

  • tərəfdaşlıq müqavilələri, icarə və xidmət müqavilələri, alqı-satqı və məxfilik müqavilələri daxil olmaqla, müxtəlif növ kommersiya müqavilələrinin hazırlanması və nəzərdən keçirilməsi;
  • korporativ məsələlərdə dəstək edilməsi;
  • fərdi məlumatların toplanmasına və Azərbaycan qanunvericiliyi tələblərinə uyğunluğuna dair məsləhətlərin verilməsi;
  • korporativ siyasətlərin Azərbaycan qanunvericiliyi tələblərinə uyğunluğunun yoxlanılması;
  • mübahisələrin həlli və məhkəmə çəkişmələri;
  • vergi ilə bağlı məsələlərdə məsləhətlərin verilməsi;
  • tam hüquqi və insan resursları üzrə autsorsinq.