Hüquqi Şəxslərin Birləşməsi və Satınalınması (M&A)

Komandamız yerli holdinq şirkətlərinə, özəl kapital şirkətlərinə, banklara və xarici investorlara dövlətə məxsus təşkilatların özəlləşdirilməsi daxil olmaqla, hüquqi şəxslərin birləşməsi və satınalınması ilə əlaqədar məsləhət vermək sahəsində böyük təcrübəyə malikdir. Hüquqşünaslarımız bank və maliyyə, neft və qaz, istehsal, tekstil, aqrobiznes, telekommunikasiyalar və alıcılıq qabiliyyəti yüksək olan ərzaqlar (FMCG) daxil olmaqla, müxtəlif sektor və sənaye sahələrində korporativ əməliyyatlarda iştirak etmişlər.

Buradakı xidmətlərimizə aşağıdakılar daxildir:

  • şirkətlərin tam hüquqi ekspertizası;
  • tranzaksiyanın strukturunun hazırlanması;
  • antiinhisar və digər tənzimləyici məsələlərdə məsləhətlərin verilməsi;
  • vergitutma üzrə məsləhətlərin verilməsi;
  • şərtlər toplusu, səhmlərin alqı-satqı müqaviləsi, səhmdarlar arasında müqavilə, “call/put option” üzrə müqavilələr və digər tranzaksiya sənədlərinin hazırlanması;
  • təsis sənədlərinin və daxili qaydaların hazırlanması və qeydiyyatdan keçirilməsi;
  • birgə müəssisələrin yaradılması;
  • korporativ yenidənqurma və yenidən təşkil etmə;
  • özəlləşdirmə ilə bağlı köməklik göstərilməsi;
  • müxtəlif korporativ idarəetmə məsələlərində məsləhət verilməsi;
  • tranzaksiyasının bağlanmasından sonrakı məsələlərdə köməklik göstərilməsi.